Britaniyada ötən sutka 29 144 nəfərdə koronavirus aşkarlanıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 144 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 856 528 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan daha 71 nəfər, hazırkı dövrədək isə 129 654 nəfər vəfat edib.

Teqlər: