Böyük Britaniya, Almaniya və İtaliyanın ardınca ölkədə koronavirusun “omikron” ştammının aşkarlandığını bildirib.
Trend xəbər verir ki, Britaniyanın Baş naziri Boris Conson yoluxma hallarını nəzarətə götürmək üçün yeni addımlar atılacağını elan edib ki, bunlar daha çox ölkəyə Cənubi Afrikada səyahətə məhdudiyyətləri nəzərdə tutur.
Britaniyanın səhiyyə naziri Sajid Cavid təqsdiq edib ki, yeni ştammın aşkar edildiyi hər iki şəxs Cənubi Afrikadan səyahətdən qayıdıb.
Nəticədə, Böyük Britaniyaya daxil olan hər kəs səfərin ikinci gününün sonunadək PCR testindən keçməli və mənfi nəticə alana qədər özünü təcrid etməli olacaq.