Britaniya hökuməti həftə sonu Krallıqda üstünlük təşkil edən “omicron” ştammının sürətlə yayılması səbəbindən yeni koronavirus məhdudiyyətlərini nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə Baş nazir Boris Conson bazar ertəsi Böyük Britaniya Nazirlər Kabinetinin fövqəladə iclasından sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkədə “omicron”a yoluxma hallarının sayı sürətlə artır, Londonda isə xəstəxanaya yerləşdirilənlərin sayı kifayət qədər kəskin şəkildə artır: “Daxil olan məlumatların daimi monitorinqinin zəruriliyi ilə bağlı razılığa gəldik. Biz insanların sağlamlığını və Milli Səhiyyə Sistemini qorumaq üçün əlavə addımlar ata bilərik. Biz tərəddüd etmədən bu addımları atacıyıq, amma hələlik hər kəsi diqqətli olmağa, hökumətin göstərişlərinə əməl etməyə, özümüzü və ailəmizi qorumağa və buster doza ilə peyvən olunmağa çağırıram”.