Britaniyada koronavirusdan ölənlərin sayı 130 minə çatıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 312 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 952 756 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 119 nəfər, hazırkı dövrədək isə 130 000 nəfər vəfat edib.