Böyük Britaniyada ötən sutka koronavirusa 36 mindən artıq yoluxma halı qeydə alınıb.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 36 389 nəfər yoluxub, 64 nəfər isə koronavirusdan vəfat edib.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 5 637 975 nəfər, koronavirusdan ölənlərin sayı isə 129 044 nəfər təşkil edir.