Britaniyada koronavirusdan ölənlərin sayı 126 min nəfəri ötüb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 4 802 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 285 684 nəfəri ötüb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 101 nəfər, hazırkı dövrədək isə 126 026 nəfər vəfat edib.