Britaniyada koronavirusdan daha 180 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 35 623 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 601 487 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 180 nəfər, hazırkı dövrədək isə 135 983 nəfər vəfat edib.