Britaniyada koronavirusa yoluxanların sayı 5,9 milyonu ötüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 21 952 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 902 354 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan daha 24 nəfər, hazırkı dövrədək isə 129 743 nəfər vəfat edib.