Britaniyada koronavirusa yeni yoluxanların 91 faizində “Hindistan” ştammı açkarlanıb

Britaniyada “COVID-19” virusuna yeni yoluxanların 91 faizində Ümümdünya Səhiyyə təşkilatı tərəfindən “Delta” adı verilən “Hindistan” ştammı aşkarlanıb.

AzerTimes-ın “TASS” a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə nazirliyinin rəhbəri Mett Henkok bildirib.

Nazirlik rəhbəri virusun yeni ştammına qarşı mövcud vaksinlərin effektiv olmayacağı halda məhdudiyyətlərin tətbiqi ilə bağlı heçnə deməyib.

Onun sözlərinə görə, hakimiyyətin tez bir vaxtda vaksinləri təkmilləşdirmək planı var. M.Henkok 100 gün ərzində yeni koronavirus ştammına qarşı dərmanın alınmasını məqsəd olaraq qoyulduğunu vurğulayıb


.

Teqlər: