Britaniyada koronavirusa daha 1 907 nəfər yoluxub

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 907 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 418 530 nəfərə çatıb.


Bildirilir ki, ötən sutka koronavirusdan daha 7 nəfər, hazırkı dövrədək isə 127 524 nəfər vəfat edib.