Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 45 140 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 8 449 165 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 57 nəfər, hazırkı dövrədək isə 138 584 nəfər vəfat edib.