Britaniyada koronavirusa 29 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 520 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 241 011 nəfərə çatıb.


Bildirilir ki, ötən sutkada koronavirusdan 93 nəfər, hazırkı dövrədək isə 130 894 nəfər vəfat edib.