Britaniyada işçi çatışmır: viza tələbi yüngülləşdirilir

Britaniyada işçi çatışmır: viza tələbi yüngülləşdirilir

Böyük Britaniya hökuməti ciddi işçi çatışmazlığı ilə mübarizə aparmaq üçün əmək miqrantlarının qəbulunu artıra bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Sandey Tayms” məlumat yayıb.

Yaxın həftələrdə yeni baş nazir kənd təsərrüfatı sahəsinə mövsümi işçilərin cəlb edilməsini artırmağı və iş vizalarının alınması üçün sadələşdirilmiş prosedur tətbiq olunan peşələrin siyahısını genişləndirməyi planlaşdırır. Xüsusilə, onlara genişzolaqlı İnternet şəbəkəsinin çəkilməsi üzrə mütəxəssislər daxil ola bilər.

Britaniya hakimiyyəti iş vizası almaq üçün tələb olunan dil bilmək tələblərini yüngülləşdirə bilər.

Teqlər: