Britaniyada inflyasiya son 40 il ərzində ən yüksək həddə çatıb

Böyük Britaniyada aprel ayında illik inflyasiya son 40 il
ərzində ən yüksək həddə çataraq 9 faiz təşkil edib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Mili Statistika Bürosunun
hesabatında deyilir.

Mart ayında Böyük Britaniyada inflyasiya 7 faizə bərabər
idi.

Hesabat dövründə istehlak qiymətləri 2,5 faiz artıb.

Qeyd edək ki, Böyük Britaniyada indiyədək qeydə alınan ən yüksək
inflyasiya 1982-ci ilin martında 9,1 faiz olmuşdu.