Böyük Britaniyada, Şimali Yorkşirdə ilk dəfə donuz qripinə yoluxma faktı aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirib.
Məlumata əsasən, virus aşkar edilən şəxsin donuzlarla heç bir təması olmayıb.
Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, donuz qripi virusu, ümumiyyətlə, insanlara yoluxmasa da, bəzən donuzlarla birbaşa təmasda olan insanlar arasında infeksiya halları baş verir. Hətta insanlar arasında bir neçə yoluxma hadisəsi rəsmi şəkildə qeydə alınıb.
Bununla belə, UKHSA infeksiyanın mənbəyinin hələ də müəyyən edilmədiyini bildirib.