Britaniya və dünyada tanınan xeyriyyəçilərdən olan azərbaycanlı xanım Kamila Batmanqlıç dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bu barədə “Qardian” qəzeti məlumat yayıb.
Bildirilib ki, 61 yaşlı xeyriyyəçi uzun sürən xəstəlikdən sonra yanvarın 1-də vəfat edib.
Qeyd edək ki, Kamila Batmanqlıç 1 yanvar 1963-cü ildə Tehran şəhərində tanınmış ailədə anadan olub.
O, İranın o dövrdə ən məşhur sərmayəçi və iş adamlarından olan azərbaycanlı Fridun Batmanqlıçın qızıdır.
12 yaşında İranı tərk edərək təhsil üçün Britaniyaya gedən Kamila ölkədə baş verən inqilab və bunun fonunda sərvətinin müsadirə edilməsi səbəbindən bir daha geri qayıtmayıb.
Britaniyada kimsəsiz uşaqlara yardım xeyriyyə cəmiyyəti təsis edən Kamila Batmanqlıç 11 min uşağa himayədarlıq edib.
O, geniş maddi imkanının olmasına baxmayaraq, Londonun ən yoxsul məhəllələrindən birində yaşadığı və daima kimsəsiz, yoxsul uşaqların qayğısına qaldığına görə “Pekham məhəlləsinin mələyi” adlandırılıb.
Batmanqlıç 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınlarının siyahısına düşüb.