Britaniyada iğtişaşlar: 380 nəfər saxlanıldı

Britaniyada iğtişaşlar: 380 nəfər saxlanıldı

Böyük Britaniyada iğtişaşlar başlayandan bəri 380-ə yaxın şəxs saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Milli Polis Rəisləri Şurasının rəhbəri Gavin Stevens bildirib.

O vurğulayıb ki, polis vətəndaşların təhlükəsizliyini qorumaq üçün mümkün olan hər şeyi edir.

“Bu, lazımsız zorakılıqdır və biz Vətəndaşlara Məsləhət Bürosu və kitabxana kimi mühüm icma mərkəzlərinin tamamilə məhv edildiyini gördük”, – deyə Stevens söyləyib.

Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. Sosial mediada hadisəni törədən yeniyetmənin miqrant olması barədə xəbərlərin yayılmasından sonra Britaniyada radikal sağçı qruplar miqrantlara qarşı aksiyalara başlayıblar.

Teqlər: