Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Böyük Britaniyada altı şirkət, o cümlədən Yaponiyanın “Canon” şirkətinin Britaniya şöbəsi dördgünlük iş həftəsi ilə bağlı pilot layihədə iştirak edəcək.

Trend-in məlumatına görə, layihə Böyük Britaniyada iyun ayında işə salınacaq.

Bu eksperiment Oksford və Kembric universitetləri, Boston kolleci və “Autonomy” analitika mərkəzinin təşəbbüsü ilə keçiriləcək.


Eksperiment iştirakçıları 6 ay müddətində əməkhaqqı azaldılmadan həftədə dörd gün işləyəcək. Bu müddət ərzində 100 faiz ödəniş saxlanmaqla 80 faiz iş vaxtını sərf edəcək, bununla yanaşı, 100 faizlik məhsuldarlığın qorunması ilə bağlı öhdəlik götürəcək.