Böyük Britaniya tibbi xidmətləri pandemiyanın başlanğıcından bəri ən yüksək gündəlik COVID-19-a yoluxma faktı – 183 037 yoluxma halını qeydə alıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Sky News” televiziya kanalı xəbər verib.
Bundan əlavə, İngiltərədə 138 287, Şotlandiyada 15 849, Uelsdə 5 929 yeni yoluxma halları qeydə alınıb.
Həmçinin, son sutka ərzində yoluxanlar arasında 57 ölüm faktı qeydə alınıb.
İngiltərədə yeni yoluxma hallarının 90 faizindən çoxu, Şotlandiyada isə təxminən 80 faizi “omikron” ştammına aiddir.
Böyük Britaniyada pandemiyanın bütün dövrü ərzində 12,5 milyondan çox COVID-19-a yoluxma hadisəsi və xəstəliyin nəticələrindən 148 minə yaxın ölüm faktı qeydə alınıb.