Britaniyada ailə institutu dağılır

Britaniyada ailə institutu dağılır

Böyük Britaniyada uşaqların demək olar ki, yarısı qeyri-ənənəvi ailələrdə tərbiyə olunur.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın uşaq komissarı Reyçel de Souzanın araşdırmasında deyilir.

Məlumata görə, Britaniya ailələrinin 25%-də yalnız bir valideyni olduğu halda, AB-də bu rəqəm təxminən 13%-dir:

“2000-ci ildə doğulanların 44%-i uşaqlığının çox hissəsini ailədən kənarda keçirib, 1970-ci ildə isə bu rəqəm 21% olub. Nazirlər Kabineti bütün dövlət idarələrində ailə siyasətini gücləndirməlidir”, – məlumatda deyilir.

Teqlər: