Britaniya yeni lazer silahını Ukraynaya verə bilər

Britaniya yeni lazer silahını Ukraynaya verə bilər

Böyük Britaniya “DragonFire” lazer silahlarını Kiyevə göndərə bilər.

AzerTimes xəbər verir ki, bununla bağlı “Teleqraf” nəşri məlumat yayıb.

Məlumata görə, London bu yeni silahları 2027-ci ilə qədər öz silahlanmasına daxil etməyi planlaşdırır:

“Bununla belə “DragonFire” prototipləri bu tarixdən əvvəl də Ukraynaya verilə bilər. Lazer silahının əsas xüsusiyyəti onun atış qiymətinin aşağı olmasıdır. Belə ki, bir atış 10 funt sterlinqə başa gəlir. Bundan əlavə, sistem ballistik raketlər kimi sürətlə hərəkət edən obyektləri zərərsizləşdirəcək qədər güclüdür”.

Teqlər: