Britaniya yeni hökumətini elan etdi

Britaniya yeni hökumətini elan etdi

Böyük Britaniyanın keçmiş əmək və pensiya naziri Teriz Koffi səhiyyə naziri və Baş nazirin müavini təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının yaydığı məlumatda deyilir.

“Parlamentin hörmətli üzvü Dr Teriz Koffi Səhiyyə və Sosial Məsələlər Naziri təyin edilib. O, eyni zamanda Baş nazirin müavini vəzifəsini də icra edəcək”, – xəbərdə deyilir.

O, bu vəzifədə Stiv Barklini əvəz edəcək.

Bununla yanaşı, xarici işlər nazirinin keçmiş müavini Ceyms Kleverli Forin Ofisinin rəhbəri təyin edilib.

Teqlər: