Britaniya XİN Əfqanıstanda terror hücumlarının mümkün olması barədə xəbərdarlıq edib

Böyük Britaniya vətəndaşları Əfqanıstana səyahət etməkdən çəkinməlidirlər – oradakı təhlükəsizlik vəziyyəti son dərəcə qeyri-sabit olaraq qalır.

AzerTimes-ın məlumatına görə, bu barədə səyahətlə əlaqədar Britaniya Xarici İşlər Nazirliyinin yenilənmiş tövsiyəsində deyilib.

Nazirlik bildirib: “[Əfqanıstanda] daimi və terrorçuların hücumlarının yüksək təhlükəsi var”.


Britaniya vətəndaşlarının ölkədən çıxarılması əməliyyatının dayandırıldığı qeyd olunub. Bildirilib ki, eyni zamanda bölgədə, xüsusən də Kabildə hava limanı bölgəsində terror hücumlarının olma ehtimalı çox yüksək olaraq qalmaqdadır.