COP29 sazişi vacib bir addımdır.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi X səhifəsində yazıb.
“Böyük Britaniyanın gələcək rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən yeni iqlim maliyyəsi hədəfi qlobal iqlim tədbirlərini sürətləndirməyə kömək edəcək və planeti pisləşən iqlim böhranından qoruyacaq”, – Lemmi bildirib.