Britaniya Venesuelaya qarşı gəmi göndərir

Britaniya Venesuelaya qarşı gəmi göndərir

Britaniyaya məxsus hərbi gəmi Qayana sahillərinə yola düşəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yazıb.

Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, “Trent” patrul gəmisi Venesuelanın ərazi iddiaları ilə üzləşən keçmiş Britaniya koloniyasına dəstək nümayişi olaraq Cənubi Amerikaya göndəriləcək.

Top və pulemyotlarla silahlanmış “Trent” əsasən terrorla mübarizə təlimlərində istifadə olunur, həmçinin dəniz quldurluğu və qaçaqmalçılığın qarşısının alınması əməliyyatlarında iştirak edir. Gəmi adətən Aralıq dənizində fəaliyyət göstərir. “Trent”in heyəti 65 nəfərdən ibarətdir. Gəmiyə helikopterin də yerləşməsi mümkündür.

Teqlər: