Britaniya və Norveç razılaşdı

Britaniya və Norveç razılaşdı

Böyük Britaniya kritik sualtı infrastrukturun mühafizəsi və sualtı qayıqlara qarşı müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün Norveçlə razılığa gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Niyyət sazişi Londondakı Dəniz Əməliyyatları Mərkəzində iki ölkənin “Şimali Atlantikada təhlükəsizliyin yaxşılaşdırılması” səyləri çərçivəsində imzalanıb.

Teqlər: