Britaniya və Fransadan İrana kəskin etiraz…

Britaniya və Fransadan İrana kəskin etiraz…

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Ketrin Kolonna İran hakimiyyətini etirazlara reaksiyalarına və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya göstərdiyi dəstəyə görə qınayıblar.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin iki nazirin görüşünün yekunları üzrə yaydığı ikitərəfli bəyanatda deyilir.

“Nazirlər İranda qanuni dinc etirazların qəddarlıqla qarşını almasını pisləyiblər”, – kommünikedə deyilir.

Bununla yanaşı, iki ölkənin baş diplomatları Rusiyanın Ukraynada apardığı müharibədə Tehranın pilotsuz uçan aparatlarından istifadəsini pisləyiblər.

Teqlər: