Böyük Britaniya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı BMT
Təhlükəsizlik Şurasının iclasını çağırıblar.
AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın BMT
yanında Daimi Nümayəndəliyinin “Twitter” səhifəsində deyilir.
“Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç
Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını
çağırıblar”, – deyə məlumatda bildirilir.
İclasın tarixi və vaxtı barədə məlumat verilmir.