İstanbulda BMT, bir sıra AB ölkələri və Böyük Britaniyanın iştirakı ilə regional məsləhətləşmələr keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu gün İstanbulda Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, AB və BMT-nin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə regional məsləhətləşmələr keçiriləcək”, – məlumatda deyilir.
Türkiyə tərəfini xarici işlər nazirinin müavini Burak Akçapar təmsil edəcək. Regional və qlobal problemlərin müzakirəsi planlaşdırılır.
İclasda iştirak edənlərin adları açıqlanmayıb.