Böyük Britaniya Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı qarşıdakı həftələrdə zenit-raket və havadan müdafiə sistemləri verəcəyi ilə bağlı söz verib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Bildirilib ki, iki ölkə lideri Rusiyanın Ukraynadakı mülki infrastruktura yönəlik hücumları barədə fikir mübadiləsi aparıb.