Böyük Britaniya Ukraynaya 10 özüyeriyən artilleriya sistemi verəcək.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson deyib.
O bildirib ki, artilleriya sistemləri ilə yanaşı, dron-kamikadzelər yaxın gün və həftələrdə Ukraynaya çatdırılacaq.