Britaniya hərbçiləri Milad bayramına kimi Krımı ələ keçirmək üçün Ukrayna xüsusi təyinatlılarını hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Ekspress” nəşri məlumat yayıb.
“Artıq 2000-dən çox ukraynalı hərbçi gəlib. Əməliyyat Böyük Britaniya, ABŞ və Almaniyanın verdiyi uzaqmənzilli raketlərdən istifadə etməklə hava, quru və dəniz zərbələrini əhatə edəcək”, – məlumatda qeyd olunub.
Təlimlər Okhempton və Devon hərbi düşərgələrində keçiriləcək. Həmin hərbi düşərgələrə başqa hərbi hissələrdən olan hərbçilər belə buraxılmır.