Britaniyanın silah və hərbi texnikasının Ukraynada istehsal olunması ilə bağlı danışıqlar aparılır.
AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri yazıb.
Nəşrin məlumatına görə, Britaniyanın müdafiə sənayesi rəsmiləri Kiyevdəki həmkarları ilə bu məsələni müzakirə edirlər.
Hətta britaniyalılar lisenziya əsasında silah və texnika istehsal edəcək birgə müəssisələr yaratmaq üçün Ukraynaya səfər də ediblər.
Qeyd olunub ki, hər şey Baş nazir Rişi Sunakın razılığından asılıdır.