Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Qara dəniz üzərindən uçuşu qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə uçuş izləmə xidməti “Flightradar” məlumat yayıb.
Məlumatına görə, avqustun 24-də Britaniyanın “Boinq RC-135W” təyyarəsi Krım körpüsü yaxınlığında dəniz üzərindən dairəvi hərəkət edib. Daha sonra geri qayıdaraq Rumıniya ərazisinə daxil olub.
Bir neçə saat sonra həmin təyyarə Kerç boğazı istiqamətindən növbəti uçuşu həyata keçirib.