Britaniya təyyarələri yaxınlaşdı, rus qırıcısı havaya qaldırıldı

Britaniya təyyarələri yaxınlaşdı, rus qırıcısı havaya qaldırıldı

Rusiyanın Su-27 qırıcısı Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus RC-135 kəşfiyyat təyyarəsi və iki “Tayfun” qırıcısının Qara dəniz üzərində dövlət sərhədini pozmasının qarşısını alıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, iyulun 26-da nəzarət sistemləri Qara dəniz üzərində Rusiya hava məkanına yaxınlaşan hava hədəflərini aşkarlayıb.

Rusiya dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün hava hücumundan müdafiə qüvvələrinin növbətçi hissəsindən Su-27 qırıcısı havaya qaldırılıb.

Belə ki, Rusiya qırıcı ekipajı hava hədəflərinin RC-135 strateji kəşfiyyat təyyarəsi və iki “Tayfun” qırıcısı olduğunu müəyyən edib. Rusiya qırıcısı yaxınlaşarkən xarici hərbi təyyarələr Rusiya dövlət sərhədindən dönüş edib.

Teqlər: