İngiltərə tarixində ən böyük quş qripi epidemiyasının yayılma təhlükəsi var.
AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
“Bu günə qədər 3 milyondan çox quş məhv edilib. İngiltərənin cənub-qərbində də quş qripinin qarşısının alınması üçün tədbir görülür. Böyük Britaniyada 155 yerdə quş qripi aşkarlanıb”, – məlumatda deyilir.
Qeyd edək ki, sentyabrın 27-dən İngiltərədə Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti quş qripinin qarşısının alınması üçün ciddi şəkildə fəaliyyətə keçib.