Britaniya Şurasının filial rəhbərliyi ADU-nun qonağı oldu

Britaniya Şurasının filial rəhbərliyi ADU-nun qonağı oldu

Britaniya Şurası – “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və bu təşkilatın əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

AzerTimes xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ADU-da xarici dillərin tədrisi ilə bağlı müasir tədris metodlarından və təcrübəsindən istifadə olunur. Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətində əməkdaşlıqda maraqlıdır.

Nərgiz Hacıyeva beynəlxalq sertifikatlı dil imtahanlarının təşkili, tələbə və müəllimlərə bu istiqamətdə təlimlərin keçirilməsinin perspektivləri haqqında məlumat verib.

Qeyd olunub ki, ADU-da müəllim və tələbələrin beynəlxalq dil sertifikatlı imtahanlara marağı böyükdür. İmtahanların keçirilməsi və rəsmi sertifikatların verilməsi ilə bağlı aparılan müzakirələrdə müasir təlim və tədris metodlarının tətbiqinin önəmindən danışılıb.

Görüş gələcək əməkdaşlığın yeni istiqamətləri və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti ətrafında müzakirələrlə davam edib.

Teqlər: