Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:
Böyük Britaniyanın EXPRO şirkəti “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işləri başa çatdırıb.
Bu barədə AzerTimes-a şirkətdən bildiriblər.
Qeyd olunub ki, təkrar sertifikatlaşma üzrə əsas işlərdən sonra bir müddət əvvəl “Şahdəniz-2” çərçivəsində fəaliyyət bərpa olunub və həmin işlər uğurla başa çatdırılıb.
Qeyd edək ki, EXPRO Xəzər regionunda 2007-ci ildən fəaliyyət göstərir. 2014-cü ildən şirkət “Şahdəniz-2” layihəsi çərçivəsində işlərə başlayıb.