Böyük Britaniyanın baş naziri Boris Conson martın 14-15-də Birgə
Ekspedisiya Qüvvələrini təşkil edən doqquz Şimali Avropa ölkəsi ilə
ümumi təhlükəsizlik təhdidlərini müzakirə etmək üçün sammit
keçirəcək.
Trend xəbər verir ki, bu barədə Britaniya baş nazirinin
dəftərxanasının yaydığı bəyanatda deyilir.
Qeyd olunur ki, tərəflər tərəflər “Ukrayna böhranı”, eləcə də
uzunmüddətli enerji təhlükəsizliyi və Ukraynanın hazırki
vəziyyətdən sonra bərpasına kömək yollarını müzakirə edəcəklər.
Bundan əlavə, kibertəhlükəsizlik və təhdidlərə cavab məsələsinin
gündəmə gətirilməsi planlaşdırılır.
Martın 14-də baş nazir Şimali Avropa ölkələrinin liderləri üçün
şam yeməyi verəcək, ertəsi gün isə dövlət başçıları Londonda sammit
keçirəcək. Eyni zamanda, martın 14-15-də Britaniya hökuməti
başçısının Latviya, Finlandiya və İsveçin baş nazirləri ilə ayrıca
görüşləri də nəzərdə tutulub.