Böyük Britaniya kabellər və boru kəmərləri kimi sualtı infrastrukturu qorumaq üçün iki ixtisaslaşmış gəmi alacaq.
AzerTimes xəbər verir ki, bunu müdafiə naziri Ben Uolles deyib.
“Biz bu yaxınlarda kabel və boru kəmərlərimizi qoruya bilən iki ixtisaslaşmış gəmi almağı öhdəmizə götürmüşük”, – o bildirib.
Qeyd edək ki, Uollesin bəyanatı “Şimal axını” qaz kəmərlərinə dəyən ziyanla bağlı məlumatdan sonra edilib.