Böyük Britaniya hökuməti SEPAH rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, SEPAH-ın 7 rəhbər şəxsinin adı sanksiyaların tətbiq olunduğu şəxslərin siyahısına salınıb.
SEPAH-ın kooperativ fondunun idarə heyətinin sədri Əli Əsgər Novruzi və onun müavini Seyid Əminullah Təbəbatəbayi və idarə heyətinin digər üç üzvünə sanksiyalar tətbiq olunub. Bununla yanaşı, SEPAH-ın iki regional şöbəsinin rəhbəri – Əhməd Zülqədri və Əlirza Heydərianın da adları siyahıya daxil edilib.
Böyük Britaniya hökuməti adı çəkilən şəxslərə İranda insan hüquqlarını kobudcasına pozduqlarına görə sanksiya tətbiq olunduğunu açıqlayıb.