Britaniya SEPAH-a sanksiya tətbiq etdi

Britaniya SEPAH-a sanksiya tətbiq etdi

Böyük Britaniya İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH), eləcə də Rusiyaya pilotsuz təyyarələr tədarük edən şəxs və şirkətlərə sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Tvitter hesabında məlumat yayıb.

O, ölkəsinin İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün çalışdığını qeyd edib.

Kleverli Britaniya hökumətinin “əxlaq polisi” və etirazçılar barədə qərarlar çıxaran hakimlərə sanksiya tətbiq etdiyini də vurğulayıb.

Teqlər: