Britaniya səfiri Tərtərdəki mina partlayışından yazdı

Britaniya səfiri Tərtərdəki mina partlayışından yazdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Tərtərin Tapqaraqoyunlu kəndi ərazisində 3 nəfərin tank əleyhinə minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, səfir bu barədə Tvitter hesabında paylaşım edib.

“Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına baş sağlığı verirəm”, – F.Auld yazıb.

Teqlər: