Britaniya səfiri İran XİN-ə çağırıldı

Britaniya səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın Tehrandakı səfiri bir qrup radikal silahlının İranın Londondakı səfirliyinin binasına hücumu ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bir qrup silahlının İranın Londondakı səfirliyinin binasına hücumundan və İran İslam Respublikasının bayrağına hörmətsizlik nümayişindən sonra Böyük Britaniyanın Tehrandakı səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə bildirilib.

Hücumun nə vaxt baş verdiyi barədə konkret məlumat verilmir.

Teqlər: