Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Gəncədə “Green Heart” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.
AzerTimes xəbər verir ki, bu barədə diplomat Tvitterdə paylaşım edib.
“Bu layihənin çox maraqlı tarixçəsi var. Bal ormanı adlanan bu ərazidə 535 ailə balçılıqla məşğul olur və ağaclar məhz arılar üçün əkilib”, – o bildirib.