Britaniya səfiri Azərbaycanda plastik qablarla bağlı qadağanı alqışlayıb

Azərbaycanda iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, qaşıq, boşqab və stəkanların idxalı, istehsalı, satışının qadağan edilməsini alqışlayırıq.

AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitterdə yazıb.

Səfir bildirib: “Əla xəbərdir! Bu gün mühüm gündür. Hər il milyonlarla ton plastik okeanlara daxil olur. Plastikdən istifadəni azaltmaq, təkrar istifadə və təkrar emal vasitəsilə biz birlikdə ətraf mühiti qorumalıyıq. Yalnız birlikdə dəyişikliyə nail ola bilərik”.

Teqlər: