Britaniya səfiri Azərbaycan dili dərslərinə başladı

Britaniya səfiri Azərbaycan dili dərslərinə başladı

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Fergus Auldun paylaşımı trend olub.

AzerTimes xəbər verir ki, səfir Tvitter səhifəsində Azərbaycan dili dərslərinə yenidən başladığını açıqlayıb. Onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən geniş yayılıb.

“Bu həftə Azərbaycan dili dərslərimə yenidən başlamışam. Gələn ay C1 imtahanımı verməliyəm. Ev tapşırığı olaraq “Dərviş Parisi partladır”a baxdım. Ümid edirəm ki, danışanda çox da Monsieur Jordan kimi səslənmirəm! Ən çox sevdiyim Azərbaycan filmi “Gün keçdi” filmidir. Bəs sizin?”, – səfir qeyd edib.

Teqlər: