Xəbər - Humay Ağacanova – Trend:
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Hordizdə,
ANAMA-nın təlim mərkəzində olub.
Trend-in məlumatına görə, bu barədə səfir, “Twitter” hesabında
paylaşım edib.
“Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik.
Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim,
həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə
görüşdüm”, – C.Şarp bildirib.