Britaniya sakini lotereyada 110 milyon funt sterlinqə yaxın udub

Böyük Britaniya sakini “EuroMillions” adlı Avropa lotereyasının növbəti tirajının 109,9 milyon funt-sterlinq (təxminən 130 avro) cekpotunun sahibi oldu.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Sun” qəzeti xəbər verib.

Adı açıqlanmayan qalibin özü hələ ki, qələbəsi ilə bağlı açıqlama verməyib.


Bildirilib ki, onun uduşu dünya lotereyası tarixində 11-ci ən boyuk uduş olub.