Ukrayna ilə müharibədə rus ordusunun itkiləri 450 min nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın silahlı qüvvələr üzrə dövlət naziri Leo Dokerti deyib.
Onun sözlərinə görə, bu rəqəm həm ölənləri, həm də yaralıları əhatə edir:
“Lakin on minlərlə məhbusu həbsxanalardan döyüşə cəlb edən “Vaqner” kimi özəl şirkətlərin döyüşçüləri arasında itkiləri əhatə etmir. Müharibə başlayandan bəri daha on minlərlə əsgər fərarilik edib.
Britaniyanın hesablamalarına görə, Rusiya ordusu ən azı 10 min texnika itirib. Onların arasında 3 minə yaxın tank, 109 təyyarə, 136 helikopter, 346 PUA, 23 müxtəlif tipli döyüş gəmisi və 1,5 min artilleriya sistemi var”.